“Mançester Siti” 120 milyon avroluq transferi bitirməyə yaxındır

“Mançester Siti” yay transfer dönəminin ən bahalı keçidlərindən birini reallaşdırmağa çox yaxındır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Anderson yaxın günlərdə “şəhərlilər”in futbolçusu ola bilər. Bildirilir ki, tərəflər arasında danışıqlar yekun mərhələyə çatıb və transferin bu ay ərzində rəsmiləşdirilməsi gözlənilir.

“Meşəçilər”in sahibi Evangelos Marinakis artıq 23 yaşlı futbolçunun satılmasına razılıq verib. Andersonun qarşıdakı həftə ərzində tibbi müayinədən keçməsi də istisna edilmir. Onun transferi “Mançester Siti”yə təxminən 120 milyon avroya başa gələcək.

O, ötən mövsüm bütün turnirlərdə 50 oyunda meydana çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button