
40 yaşlı Modriçdən möhtəşəm göstərici
“Milan”ın xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç ötən mövsüm Avropanın aparıcı beş çempionatında ən yüksək ötürmə dəqiqliyinə malik futbolçu olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 40 yaşlı futbolçunun ötürmələrinin 98,1 faizi ünvana çatıb. Bu isə o deməkdir ki, Modriç etdiyi hər 100 ötürmədən cəmi ikisində səhvə yol verib.
Bu göstəricidə ikinci pillədə Aleks Qarsiya (Leverkuzen “Bayer”i) qərarlaşıb. Onun ötürmə dəqiqliyi 97,1 faiz təşkil edib.
İlk üçlüyü isə “Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix tamamlayıb. Alman futbolçunun ötürmələrinin 95,8 faizi dəqiq olub.
“Barselona”nın yarımmüdafiəçisi Pedri də eyni – 95,8 faizlik göstəriciyə sahibdir. Ancaq ispaniyalı oyunçu mövsüm ərzində zədələr səbəbindən bəzi oyunları buraxdığı və daha az ötürmə etdiyi üçün siyahıda Kimmixdən geri qalıb.
Bizi Facebook-da izləyin



