“Arsenal” argentinalı futbolçu ilə maraqlanır

“Arsenal” “Komo”nun yarımmüdafiəçisi Niko Pası transfer etmək imkanını nəzərdən keçirir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki “Real” yetirməsini 9 milyon avroya geri almaq hüququna malikdir. Ancaq 21 yaşlı futbolçu hazırda paytaxt klubuna qayıtmağa tələsmir. O, əsas heyətdə müntəzəm oyun praktikası ilə bağlı təminat almaq istəyir, amma “kral klubu”nun ona belə zəmanət verməyə hazır olmadığı bildirilir.

Bundan əvvəl argentinalı oyunçunun “Real”ın yeni çalışdırıcısı Joze Mourinyo ilə telefon danışığı baş tutsa da, tərəflər arasında hansısa razılıq əldə olunmayıb. Bu vəziyyətdən yararlanmağa çalışan “Arsenal” isə A Seriyasında parlayan futbolçunu potensial transfer hədəflərindən biri kimi dəyərləndirir. Bildirilir ki, “topçular” oyunçunun durumunu yaxından izləyirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button