Ronaldo “Yuventus”dan ayrılmaq istəmir

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo Turin klubundan ayrılmaq istəmir.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə, 35 yaşlı hücumçunun müqaviləsinin müddəti bitənə qədər “Yuventus”da qalmaq istədiyi bildirilir.

Bir müddət əvvəl İtaliya mətbuatı maliyyə problemləri yaşayan “Yuventus”un Ronaldonu satmaq istədiyini iddia edirdi. Hücumçunun turinlilərlə müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button