“Yuventus”un 50 milyon avroluq təklifinə “yox” cavabı

İtaliyanın “Yuventus” klubu uzun müddətdir transfer hədəfində olan futbolçu üçün hərəkətə keçib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora”, Mauro İkardi üçün “İnter”ə ilk təklifini göndərib. Argentinalı futbolçu üçün 50 milyon avro təklif edən Turin təmsilçisinin bu istəyini “İnter” qəbul etməyib.

“Mançester Yunayted”dən Romelu Lukakunu heyətinə qatmağı planlaşdıran “neradzurra”nın İkardinin transferindən 80 milyon avro qazanmağı hədəflədiyi bildirilir.

İkardinin “Napoli”nin də hədəfində olduğu deyilir.

“İnter”lə 2021-ci ilədək müqaviləsi olan 26 yaşlı hücumçu, son mövsümdə iştirak etdiyi 37 oyunda 17 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2013-cü ildən “İnter”in şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button