“Yuventus”un 121 əməkdaşı karantinə alındı

İtaliya çempionu “Yuventus”nun əməkdaşları könüllü karantinə yollanıb.

Komanda.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

Bu qərar “Yuventus”un futbolçusu Daniele Ruqaninin koronavirusa yoluxmasından sonra qəbul olunub.

Ümumilikdə 121 əməkdaş arasında klub prezidenti Andrea Anyelli başda olmaqla rəhbərlik, futbolçular, komanda personalı və digər şəxslər yer alıb. Onlar səhiyyə orqanlarının tələblərinə uyğun olaraq, evdə könüllü karantin keçəcəklər.

Turin klubunun ulduz futbolçusu Kriştiano Ronaldo isə hazırda vətəni Portuqaliyada karantinə alınıb. O, təhlükəsizlik səbəbindən həkim nəzarəti altına götürülüb.