“Yuventus”dan “Barselona”ya 10+5 milyon avroluq təklif

İtaliyanın “Yuventus” klubu “Barselona”nın 19 yaşlı futbolçusu üçün hərəkətə keçir.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” icarə əsasında “Şalke”də çıxış edən Xuan Mirandanı heyətinə qatmaq istəyir. Turin klubu müdafiəçi üçün katalonlara 10+5 milyon avroluq təklif göndərməyə hazırlaşır.

Miranda 2019/20 və 2020/21 mövsümünü icarə əsasında “Şalke”də keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button