Tudorun “Yuventus”da görmək istədiyi futbolçu

“Bolonya”nın yarımmüdafiəçisi Dan Ndoye “Yuventus”un yay transfer hədəfləri siyahısına daxil olub.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi 24 yaşlı futbolçunu komandanın cinahını gücləndirmək üçün əsas seçimlərdən biri kimi qiymətləndirir.

“Yuventus”un baş meneceri Damyen Komolli və futbol strategiyası üzrə yeni direktor Corco Kyellini artıq növbəti mövsüm üçün heyətin formalaşdırılması üzərində işə başlayıblar. Baş məşqçi İqor Tudor isə komandasına dinamikliyi və vertikal hücumu artıracaq oyunçular lazım olduğunu vurğulayaraq, Ndoyenin bu tələblərə tam uyğun olduğunu bildirib.

İsveçrəli futbolçu son mövsümdə 30 oyunda iştirak edib, 8 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bu transfer “Yuventus”un hücum xəttini yeniləmək və gənc, çevik oyunçularla mövqeləri gücləndirmək strategiyasına uyğun gəlir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button