“Karvan-Yevlax” onunla vidalaşdı

“Karvan-Yevlax” daha bir futbolçu ilə yolları ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Vadim Abdullayevin müqavilə müddəti başa çatıb və o komandanı tərk edib.

Qeyd edək ki, Vadim bu klubun heyətində 31 oyun keçirib və 1 qol müəllifi olub.

Abdullayevin yeni komandası da məlumdur. O, yeni mövsümdən “Kəpəz”in uğurları üçün çalışacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button