Yusifov ilk dəfə “Böyük Dəbilqə” turnirinin qalibi oldu

Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) karyerasında ilk dəfə “Böyük Dəbilqə” turnirinin qalibi olub.

Komanda.az xəbər verir ki, idmançı bunu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən yarışda bacarıb. O, finalda Azərbaycanın digər cüdoçusu Balabəy Ağayevi məğlub edib.

Daha əvvəl Nizami İmranov, Turan Bayramov (hər ikisi 66 kq), Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Leyla Əliyeva (52 kq) mübarizəni dayandırıb.

“Böyük Dəbilqə” martın 1-də başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button