Yüksək Liqada final oyununun vaxtı bilindi

Futzal üzrə Yüksək Liqada 3-cü yer uğrunda oyunun və final qarşılaşmasının keçiriləcəyi tarix müəyyənləşib.

Federasiyanın mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, hər iki oyun mayın 7-də Bakı İdman Sarayında keçiriləcək.

Əvvəlcə meydana bürünc medalın sahibini müəyyənləşdirmək üçün “Neftçi” İK və “Baku Fire” komandaları çıxacaq. Bu qarşılaşma saat 12:00-da start götürəcək.

Həmin gün saat 15:00-da isə final oyunu baş tutacaq. “Araz-Naxçıvan” və EKOL ölkə çempionunun adına aydınlıq gətirəcək. Bu görüşdən sonra mükafatlandırma mərasimi keçiriləcək.

Hər iki oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button