Yoviç yeni klubunda tibbi müayinədən keçəcək – bu gün

“Real”ın hücumçusu Luka Yoviç “Fiorentina”ya keçməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı serb futbolçu bu gün Florensiya klubunda tibbi müayinədən keçəcək. Onun klubla 2+1 şərti ilə müqavilə bağlayacağı qeyd olunur.

Yoviç İtaliya klubunda ilk iki mövsümdə 2,5 milyon, üçüncü mövsümdə isə 5 milyon avro alacaq.

O, ötən mövsüm “Real”ın heyətində 19 matçda 1 qol vurub. Serb hücumçunun “kral klubu” ilə müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button