Yeniyetmələr arasında liqa yarışının ilk turu başlayır

Aprelin 15-dən 17-dək cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının I turu keçiriləcək.

Komanda.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə 100 klub və idman cəmiyyətindən olan 799 idmançı (651 oğlan, 148 qız) ümumilikdə 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Cari ildə U-17 Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar idmançıların reytinq cədvəlinin formalaşmasına önəmli rol oynayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button