Yeni müqavilə bağlayacaq – Tezliklə

“Milan”ın hücumçusu Olivye Jiru yaxın vaxtlarda klubu ilə müqaviləsini uzadacaq.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı fransalı forvardın yeni müqaviləsi 2024-cü ilin yayına kimi hesablanacaq.

Bu ilin yanvarında İngiltərənin “Everton” klubu Jirunu transfer etmək istəyirdi.

Jiru 2021-ci ilin yayından “Milan”da çıxış edir. O, bu mövsüm “Milan”ın heyətində 36 oyuna çıxıb, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.

“Milan” İtaliya A Seriyasının 29 turundan sonra 52 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button