
Byelsa: “Muslera mənə dedi ki…”
Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa, komandanın qapıçısı Fernando Musleranın DÇ-2026-nın qrup mərhələsində İspaniya yığmasına 0:1 hesabı ilə uduzduqları oyunda niyə əvəzlənməsini açıqlayıb.
Muslera 42-ci dəqiqədə Aleks Baenanın zərbəsindən sonra topu əllərində saxlaya bilməyərək, qol buraxmışdı.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Byelsa, qarşılaşmadan əvvəl Musleranın hərarətinin 38 dərəcə olmasına baxmayaraq, meydana çıxacaq vəziyyətdə olduğunu bildirib:
“Muslera buraxdığı kobud səhvdən sonra fasilədə əvəzlənməsini xahiş etdi. Karyeram ərzində ilk dəfədir ki, futbolçu etdiyi səhvin döyüş ruhuna təsir göstərdiyini deyərək, əvəzlənməsini istəyirdi. Muslera mənə dedi ki, səhvindən sonra psixoloji cəhətdən çox sarsılıb. Komandanın qələbə şansının olduğunu düşünürdü və ikinci hissədə kömək edə biləcək durumda olmadığını hiss etdiyi üçün oyunu davam etdirmək istəmədi”.
Uruqvay millisi DÇ-2026-da mübarizəni qrup mərhələsində dayandırıb.
Bizi Facebook-da izləyin



