Hamıdan az qaçıb, hamıdan çox qol vurub

Lionel Messi DÇ-2026-nın qrup mərhələsində ən az məsafə qət edən futbolçu olsa da, məhsuldarlığı ilə diqqət çəkib.

Komanda.az “Opta”-ya istinadən xəbər verir ki, 39 yaşlı argentinalı hücumçu qrup mərhələsində keçirdiyi üç oyunda orta hesabla 8,1 kilometr qaçıb. O, bu göstərici ilə ən azı 90 dəqiqə meydanda olan 618 futbolçu arasında sonuncu yeri tutub.

Buna baxmayaraq, Messi 6 qolla qrup mərhələsinin ən məhsuldar futbolçusu olub.

Argentina millisi DÇ-2026-nın pley-off mərhələsində Konqo Demokratik Respublikası ilə qarşılaşacaq. Oyun iyulun 4-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button