
“Atletiko” növbəti transferini açıqladı
İspaniya millisinin müdafiəçisi Alexandro Qrimaldo karyerasını Madrid “Atletiko”sunda davam etdirəcək.
Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
30 yaşlı futbolçu ilə 2030-cu il iyunun 30-na qədər nəzərdə tutulan müqavilə imzalanıb. Jurnalist Fabritsio Romanonun məlumatına görə, transferin dəyəri bonuslar istisna olmaqla təxminən 20 milyon avro təşkil edib.
Qrimaldo 2023-cü ilin yayından Almaniyanın “Bayer” klubunda çıxış edirdi. O, Leverkuzen təmsilçisinin heyətində 145 oyunda 30 qol vurub, 45 məhsuldar ötürmə edib. Müdafiəçi komanda ilə Bundesliqa, Almaniya Kuboku və Superkubokunu qazanıb. Bundan əvvəl isə “Benfika” və “Barselona B” komandalarının formasını geyinib.
Qrimaldo hazırda DÇ-2026-da iştirak edən İspaniya millisinin düşərgəsindədir. O, qrup mərhələsində keçirilən üç oyunun heç birində meydana çıxmayıb.
Bizi Facebook-da izləyin



