“İnter”dən erməni futbolçu ilə yeni müqavilə

“İnter” yarımmüdafiəçisi Henrix Mxitaryanla yeni müqavilə imzalayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı futbolçunun yeni sözləşməsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Mxitaryan illik 2 milyon avro maaş alacaq. Müqavilədə bonus ödənişləri də yer alıb.

Erməni yarımmüdafiəçi 2022-ci ilin yayından “İnter”in formasını geyinir. O, ötən mövsüm İtaliya A Seriyasında 30 oyunda meydana çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button