“Ümid edirəm ki, Kabo-Verde yığması argentinalıların həyatını çətinləşdirəcək”

Uruqvay millisinin sabiq hücumçusu Dieqo Forlan dünya çempionatının 1/16 final mərhələsində Argentina millisi ilə Kabo-Verde yığması arasında keçiriləcək oyun barədə fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyundan gözləntilərinin yüksək olduğunu söyləyib:

“Çox maraqlı bir oyun gözləyirəm. Bu matçda afrikalılar üçün asan olmayacaq, çünki Argentina millisi çox yaxşı oynayır. Lionel Messi əla formadadır və artıq çoxlu qol vurub. Ümid edirəm ki, Kabo-Verde yığması mübarizə aparacaq və çempionların həyatını çətinləşdirəcək”.

Argentina – Kabo-Verde görüşü iyulun 4-də, saat 02:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button