
De Vrey Yunanıstan klubunda – Rəsmi
Niderlandlı müdafiəçi Stefan de Vrey karyerasını Yunanıstanda davam etdirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “İnter”dən ayrılan 34 yaşlı futbolçu “Panatinaikos”la qısamüddətli müqavilə imzalayıb. Klubun yaydığı məlumata görə, tərəflər arasında bağlanan sözləşmə gələn ilin ortalarına kimi qüvvədə olacaq. De Vrey Afina təmsilçisinə azad agent statusunda qoşulub.
Müdafiəçi ötən mövsüm İtaliya çempionatında “İnter”in heyətində 11 oyuna çıxıb.
“Panatinaikos” 2025/2026 mövsümündə Yunanıstan Super Liqasını turnir cədvəlinin 4-cü pilləsində başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



