DÇ-2026: Fransa millisi də 1/8 finalda

Futbol üzrə dünya çempionatında Fransa millisi İsveçi məğlub edib.

Komanda.az xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/16 final mərhələsinin matçında fransızlar 3:0 hesablı qələbəyə seviniblər.

Baş məşqçi Didye Deşamın rəhbərlik etdiyi komandada 45 və 74-cü dəqiqələrdə Kilian Mbappe dubl edib. Digər qolu isə 53-cü dəqiqədə Bradli Barkola vurub.

Bu qələbədən sonra 1/8 finala yüksələn Fransa millisinin rəqibi Paraqvay komandası olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button