Yaya Ture karyerasını bitirməyib!

Menecer Dmitri Selyukun bir müddət əvvəl “Barselona”nın sabiq üzvü Yaya Turenin karyerasını bitirdiyini dediyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, Ture, menecerinin yaydığı məlumatları təkzib edib. O, rəsmi “tvitter” hesabından etdiyi açıqlamada karyerasını bitirmədiyini bildirib:

“Son zamanlarda gələcəyimlə bağlı qarışıqlıqlar olub. Mən futbolu sevirəm və bir neçə il daha oynamaq istəyirəm. Bəli, özümü məşqçi kimi hazırlamağa başlamışam, ancaq bunu indi düşünmürəm”.

Karyerası ərzində “Monako”, “Barselona”, “Mançester Siti” kimi klublarda forma geyinən Turenin son iş yeri “Olimpiakos” olub. Yarımmüdafiəçi, 2018-ci ilin dekabrından klubsuzdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button