Xarici KİV: Mbappe “Real”la müqavilə bağlayıb!

Madrid “Real”ı PSJ-nin hücumçusu Kilian Mbappe ilə müqavilə bağlayıb.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, Madrid klubu 23 yaşlı fransalı forvard özü PSJ-dən ayrılacağı ilə bağlı açıqlama verənə qədər müqaviləni rəsmi açıqlamaq niyyətində deyil. Mənbə, Mbappenin transferinin “Real”a 200 milyon avrodan çox başa gələcəyini iddia edir.

“Kral klubu”nun hücumçuya 180 milyon avro imza bonusu ilə, vergilərsiz illik 40 milyon avro maaşla müqavilə təklif etdiyi bildirilir. Müqavilənin beş il müddətinə qüvvədə olacağı gözlənilir.

Mbappe bu mövsüm PSJ-nin heyətində 45 matçda 36 qol vurub və 26 məhsuldar ötürmə edib. Onun parislilərlə müqaviləsi bu ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button