Xabi “Bayer”də qalacaq – Açıqlama

“Bayer”in (Leverkuzen) idman direktoru Saymon Rolfes komandanın baş məşqçisi Xabi Alonsonun yaxın vaxtlarda klubu tərk etməyəcəyinə əmindir.

Komanda.az “This is Anfield” nəşrinə istinadən xəbər verir ki, o, ispaniyalı mütəxəssisin burada rahat hiss etdiyini bildirib:

“Əminəm ki, səbəblərdən biri müqavilədir. Digəri isə onun və ailəsinin Leverkuzendə özlərini rahat hiss etməsidir. Onun çox yaxşı komandası, parlaq perspektivləri var”.

Bundan əvvəl Alonsonun “Liverpul”da işləyə biləcəyi xəbərləri yayılıb.

“Bayer” (55 xal) Bundesliqada liderliyini davam etdirir və ikinci pillədəki “Bayern”lə xal fərqini 5-ə çatdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button