Volkovdan Gürcüstan yığmasında 1 qol, 1 məhsuldar ötürmə

Gürcüstan millisi Monqolustanla yoldaşlıq oyunu keçirib.

Komanda.az xəbər verir ki, Batumidəki matçda meydan sahibləri 6:1 hesabı ilə qalib gəliblər.

“Sabah”ın hücumçusu David Volkov Gürcüstan yığmasının start heyətində meydana çıxıb. 27 yaşlı forvard bu oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə verib. 15-ci dəqiqədə hesabı açan Volkov 58-də Çakvetadzenin fərqlənməsinə şərait yaradıb. O, 71 dəqiqə meydanda olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button