Voleybol: Növbəti turun proqramı açıqlanıb

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, 1-ci dövrənin son oyunları yanvarın 24-də baş tutacaq.

Günün ilk qarşılaşmasında “Murov”la “Azərreyl” üz-üzə gələcək. Görüş saat 12:00-da başlayacaq.

3-cü tura UNEC – “Abşeron” dueli ilə yekun vurulacaq. Oyun saat 18:00-da start götürəcək. Hər iki görüş Voleybol Mərkəzində keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button