“Qarabağ” Çempionlar Liqasında oynamalı idi” – “Frayburq”un baş məşqçisi

“Qarabağ” Çempionlar Liqasında oynamalı idi”.

Komanda.az xəbər verir ki, bunu UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Almaniyanın “Frayburq” komandasının baş məşqçisi Kristian Ştrayx deyib.

57 yaşlı məşqçi “Qarabağ”ın “Viktoriya” ilə Plzen şəhərində keçirilmiş UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki cavab oyunundan danışıb:

“Mən “Qarabağ”ın “Viktoriya” ilə oyunlarına baxmışam. “Viktoriya” iki dəfə çərçivəyə zərbə vurdu və layiq olmadığı şəkildə 2:1 hesabı ilə qalib gəldi. Bu, cavab oyunu idi. Əks halda, “Qarabağ” Çempionlar Liqasında oynamalı idi”.

Bu gün “Europa-Park” stadionunda təşkil olunacaq “Frayburq” – “Qarabağ” matçı saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button