
“Bastoni haqsız yerə tənqidlərə məruz qalıb” – Sabiq futbolçu
“İnter”in sabiq futbolçusu Kristian Vieri, komandanın müdafiəçisi Alessandro Bastoninin gələcəyi barədə danışıb. Futbolçuya digər klublar tərəfindən böyük maraq var.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı sabiq hücumçu, həmyerlisi haqda bunu deyib:
“Bastoni? Onun ürəyi və ya ağlı ilə öz qərarını vermək hüququ var. Onun etdiyi hansısa bir seçim hörmətəlayiq olacaq və olduğu kimi qəbul edilməlidir. Hesab edirəm ki, o, haqsız yerə tənqidlərə məruz qalıb. Eyni zamanda, o, “İnter” üçün strateji cəhətdən vacib oyunçu olaraq qalır. Amma inanıram ki, hər kəsin yerini tutmaq olar. Hətta “Barselona”da Lionel Messi də sonda əvəzləndi”.
Vieri 2009-cu ildə futbolçu karyerasını bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



