
Veynaldum Premyer Liqaya yüksələn kluba keçə bilər
“Əl-İttifaq”ın yarımmüdafiəçisi Corcinyo Veynaldum İngiltərə Premyer Liqasına qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, növbəti mövsümdə Premyer Liqada oynayacaq “Koventri” niderlandlı futbolçunu transfer etməkdə maraqlıdır. İngiltərə klubu yarımmüdafiəçiyə bir illik müqavilə təklif etməyə hazırdır.
Veynaldum daha əvvəl Premyer Liqada “Nyukasl”da, sonra isə “Liverpul”da çıxış edib. 35 yaşlı oyunçu 2023-cü ildə 8 milyon avroya PSJ-dən “Əl-İttifaq”a keçib və Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsinin müddəti bu ilin 30 iyununa qədərdir. O, bu mövsüm bütün yarışlarda 33 oyuna çıxıb, 17 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



