Verratti karyerasını hansı klubda bitirəcəyini açıqlayıb

“Əl-Ərəbi”nin yarımmüdafiəçisi Marko Verratti gələcək planlarından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, karyerasını bitirməmişdən əvvəl “Peskara”da oynayacağını bildirib:

“Düşünürəm ki, futbolu tərk etməmişdən əvvəl “Peskara”da oynamaq üçün evə qayıdacam. Mən bunu ailəm və dostlarım üçün etmək istəyirəm. İndi mütəmadi olaraq komandanın oyunlarını televizorda izləyirəm”.

30 yaşlı italiyalı futbolçu PSJ-də 11 il oynadıqdan sonra bu ilin sentyabrında Qətər klubuna keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button