“Barselona”nın futbolçusu “Valensiya”nın hədəfində

“Valensiya” “Barselona”dan yarımmüdafiəçi Niko Qonsalesi transfer etmək istəyir. 

Komanda.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “tvitter” hesabında məlumat verib.

Qonsales “Barselona”nın məzunudur. Yarımmüdafiəçi əsas komandada 36 matçda iki qol vurub və iki məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2024-cü ildə başa çatır.