“Üstünlük bizim tərəfimizdə idi” – Rəşad Sadiqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İlk növbədə komandama təşəkkür etmək istəyirəm. Əla oyun göstərdilər. Təəssüf ki, məğlub olduq. Son nöqtəni qoya bilmirdik. Çoxsaylı hücumlar etdik. Bu gün üstünlük bizim tərəfimizdə idi. Yeganə təhlükəli epizod qolla nəticələndi. Bu oyunu qoruyub saxlasaq, uğurlu nəticələr əldə edə bilərik. Komandanın oyunundakı inkişaf məni sevindirir.

Təbii ki, hər bir komanda heyətində hər oyunda fərqlənən hücumçunun olmasını istəyər. Mən komandamdan razıyam. Biz də istəyərdik geniş heyətimiz olsun. Amma hazırda buna imkanımız yoxdur.

Ümumən hakimliyi müzakirə etdikdə bir epizod haqda danışmalısan. Bizə qarşı da hakim səhvləri olub. Mən bu il hakimliyin inkişaf etdiyini düşünürəm. Bu, mənim şəxsi fikrimdir”.

Akif Əhmədov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button