Ukraynalı futbolçu “Napoli”nin hədəfində

“Napoli”nin yay transfer pəncərəsi dövründə transferdə əsas hədəfi müəyyənləşib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Mançester Siti”nin yarımmüdafiəçisi Aleksandr Zinçenkonu heyətinə qatmaq niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Napoli” Zinçenkonu qış fasiləsində transfer etməyə çalışsa da, “Mançester Siti” futbolçunun keçidinə razılıq verməmişdi.

Ukraynalı futbolçu cari mövsümdə “şəhərlilər”in heyətində 13 qarşılaşmada iştirak edib. 22 yaşlı yarımmüdafiəçi 23 dəfə də Ukrayna millisinin uğurları üçün çalışıb.