
“Nottingem Forest”lə “İnter” arasında görüş olub – İtaliyalı futbolçuya görə
“İnter”in yarımmüdafiəçisi Davide Fratessi karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “Nottingem Forest” italiyalı futbolçuya yenidən diqqət göstərməyə başlayıb.
“Meşəçilər”in nümayəndələri artıq Fratessinin agenti və “İnter”in idman direktoru Piero Ausilio ilə görüş keçiriblər. Ancaq hələlik Milan klubuna rəsmi təklif təqdim olunmayıb.
Bundan əvvəl 26 yaşlı yarımmüdafiəçinin “Nottingem Forest”ə keçidə o qədər də isti yanaşmadığı bildirilirdi. Onun xidmətində “Napoli”nin də maraqlı olduğu vurğulanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



