Ukraynalı futbolçu “Deportivo”da

Ukraynalı futbolçu Orest Lebedenko İspaniyada klubunu dəyişib.

Komanda.az xəbər verir ki, 24 yaşlı müdafiəçi “Deportivo” ilə müqavilə imzalayıb.

Müqavilə cari mövsümün sonuna qədər nəzərdə tutulsa da, anlaşmaya onun daha 2 il uzadılması bəndi əlavə olunub.

Orestin son klubu İspaniya Sequndasında çıxış edən “Luqo” olub. Vaxtı ilə La Liqanın iddialılarından olan “Deportivo” isə İspaniyanın üçüncü divizionu sayılan Primerada çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button