UEFA şotland futbolçunu ən yaxşı seçdi

AÇ-2020-nin D qrupu çərçivəsində keçirilən İngiltərə – Şotlandiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, Şotlandiya yığmasının yarımmüdafiəçisi Billi Gilmor bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının 1 xal qazanmasında pay sahiblərindən biri olub.

Qeyd edək ki, İngiltərə – Şotlandiya matçı 0:0 hesabıyla başa çatıb.