UEFA “Qarabağ”ın oyunu haqda: “Bayer” sensasiyalı şəkildə məğlub olurdu”

UEFA-nın rəsmi saytı Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer” və “Qarabağ” komandaları arasında keçirilmiş cavab oyunundan (3:2, ilk oyun 2:2) yazıb.

Komanda.az xəbər verir ki, UEFA Ağdam klubunun mübarizəsini xüsusi qeyd edib:

“Bayer” ardıcıl ikinci dəfə Patrik Şikin vurduğu qol sayəsində “Qarabağ”la görüşdə məğlubiyyətdən xilas oldu. Leverkuzenlilər Abdullah Zubir və Juninyonun qollarından sonra sensasiyalı şəkildə məğlub olurdu. İkinci qol isə 62-ci dəqiqədə Elvin Cəfərquliyevin qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra oldu. Lakin Jeremi Frimponq tezliklə Azərbaycan çempionunun qapısına yol tapdı və əsas vaxtın 3-cü, 8-ci dəqiqələrində Şik Xabi Alonsonun komandasına inanılmaz geridönüş təmin etdi. Bundesliqanın lideri bütün turnirlərdə məğlubiyyətsiz olmağa davam edir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button