UEFA “Tottenhem”ə texniki məğlubiyyət verdi

UEFA İngiltərənin “Tottenhem” klubuna texniki məğlubiyyət verib.

Komanda.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, London təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda “Renn”ə qarşı keçirilən oyuna çıxa bilmədiyi üçün texniki məğlubiyyət alıb.

Qarşılaşma “Tottenhem”də koronavirusa kütləvi yoluxma üzündən baş tutmayıb.

“Tottenhem” qrup mərhələsində 7 xalla 3-cü sıranı tutub və Konfrans Liqası ilə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button