UEFA-dan Çempionlar Liqasının final oyunu ilə bağlı açıqlama

UEFA-nın Çempionlar Liqasının final oyununun ev sahibliyini İstanbuldan ala biləcəyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, ali futbol qurumu məsələyə münasibət bildirib. Məlumatda, klubların, liqaların və federasiyaların təmsilçilərindən ibarət işçi qrupunun yarışın zamanı və formatı ilə bağlı bütün seçimləri nəzərdən keçirdiyi bildirilib. Son qərarın iyunun 17-də veriləcəyi qeyd olunub.

UEFA, koronavirus pandemiyası ilə əlaqədar olaraq, Türkiyədə qorxu və qeyri-müəyyənliyin davam etdiyi üçün final matçının ev sahibliyini İstanbuldan ala bilər.