“Çətin rəqib olsa da, pozitiv düşünürük” – Aftandil Hacıyev

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, “Səbail” Rumıniya təmsilçisi “Universitatya Krayova” ilə üz-üzə gələcək. “Səbail”in baş məşqçisi Aftandil Hacıyev klubun saytına verdiyi açıqlamada püşkü dəyərləndirib:

“Görünən odur ki, püşkdə daha münasib komandalar olsa da, potensial rəqiblərdən ən güclüsü bizə düşdü. Ancaq layiqli mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik. Məqsədimiz futbolçuları hər iki oyuna daha yaxşı hazırlamaqdır. Rəqibimiz köklü komandadır. Heyətlərində fərdi keyfiyyətləri yüksək olan futbolçular var. Hətta onlardan bir neçəsini tanıyıram. Transfer pəncərəsində menecerlər tərəfindən təklif olunanlar arasında rəqibin heyətində olan futbolçular da var. Çətin rəqib olsa da, pozitiv düşünürük. Məqsədimiz ölkəmizi layiqincə təmsil etməkdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button