Sabiq futbolçu İtaliya millisi haqda: “Faciədir”
İtaliya millisinin sabiq qapıçısı Dino Zoff ölkəsinin yığmasının dünya çempionatına vəsiqə qazana bilməməsini “faciə” adlandırıb və bu nəticəyə sərt münasibət bildirib.
Cennaro Qattuzonun rəhbərlik etdiyi komanda DÇ-2026-nın pley-off mərhələsində Bosniya və Herseqovina millisi ilə 1:1 hesablı heç-heçədən sonra penaltilər seriyasında məğlub (1:4) olaraq, turnirdən kənarda qalıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Dino Zoff, ardıcıl üçüncü dəfə mundiala vəsiqə qazana bilməməyin artıq ciddi problem olduğunu bildirib:
“İtaliya millisi yenə dünya çempionatında yoxdur? Nəticə elə nəticədir, buna görə də, ən yaxşı şərh nəticənin özüdür. Üç dəfə ardıcıl mundialdan kənarda qalmaq futbol baxımından faciədir. Bunun qarşısını almaq olardımı? Dərinliyə varmaq istəmirəm, istənilirdi, amma alınmadı”.
O, həmçinin, məşqçilər və federasiya rəhbərliyi ilə bağlı suallara cavab verməkdən imtina edib:
“Bir dəfə bəxtsizlik ola bilər, ikinci dəfə də ola bilər, amma üçüncü dəfə artıq bəhanə yoxdur”.
İtaliyalı sabiq qolkiper futbolla siyasətin qarışdırılmamalı olduğunu da vurğulayıb:
“Futbol futbol, siyasət siyasətdir. Onları qarışdırmaq lazım deyil”.
Bizi Facebook-da izləyin



