“Bayern” Tuxeli qovmayacaq

“Bayern” baş məşqçisi Tomas Tuxeli mövsümün sonunadək komandadan qovmayacaq.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Münhen təmsilçisi Bundesliqanın 21-ci turunda “Bayer”ə 0:3 hesabı ilə uduzub. Bu isə həm azarkeşləri, həm də klub rəhbərliyini məyus edib. 

Tuxel özü də futbolçuların tapşırıqları meydanda yerinə yetirməməsindən narazı qalıb. “Bayern” mövsümün sonuna qədər Tuxeli qovmayacaq. Lakin komandanın heyətində və oyun taktikasında dəyişikliklər ediləcəyi gözlənilir.

Hazırda “Bayern” 50 xalla Almaniya çempionatının turnir cədvəlində 2-ci yerdədir. Komanda lider “Bayer”dən 5 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button