Poçettino ABŞ millisinin dünya çempionu ola biləcəyinə inanır

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino 2026-cı il dünya çempionatının 1/16 finalında Bosniya və Herseqovina üzərində qazanılan 2:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis komandasının bu qələbəyə layiq olduğunu bildirib və azarkeşlərin dəstəyini xüsusi vurğulayıb:

“Biz buna layiq idik və komandamla qürur duyuram. Azarkeşlərimiz tribunadan bizə inanılmaz dəstək oldular. Dünya çempionu olmaq? Niyə də olmasın?”

ABŞ millisi doğma meydanda keçirilən mundialın 1/8 finalında Belçika yığması ilə qarşılaşacaq. Belçikalılar əvvəlki mərhələdə Seneqalı əlavə vaxtda 3:2 hesabı ilə məğlub edərək, 1/8-ə yüksəlib. Qarşılaşma iyunun 7-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button