Tonali təsdiqlədi: “Tottenhem”ə keçir

“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali karyerasını “Tottenhem”də davam etdirməyə hazırlaşdığını təsdiqləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu qarşıdakı transferlə bağlı fikirlərini bölüşüb:

“Hər şey sadədir: dəyişiklik etmək qərarına gəldik və bu yeni macəraya hazırıq”.

Daha əvvəl yayılan məlumata görə, Tonali bu gün Londona yollanaraq, tibbi müayinədən keçəcək. Transferin məbləği 117 milyon avro olacaq ki, bu da “Tottenhem” tarixinin ən bahalı transferi kimi rəsmiləşəcək.

25 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə 53 oyunda meydana çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button