DÇ-2026: “Qızıl əlcək” uğrunda əsas favorit odur

Bukmeker kontorları 2026-cı il dünya çempionatının ən yaxşı qapıçısına veriləcək “qızıl əlcək” mükafatı ilə bağlı əmsalları yeniləyiblər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yenilənmiş siyahıda əsas favorit Fransa millisinin qapıçısı Mayk Menyan hesab olunur. O, mundialda keçirdiyi üç oyunun ikisində qapısını toxunulmaz saxlayıb, Norveç yığması ilə qarşılaşmada (4:1) isə penalti zərbəsini dəf etməklə diqqət çəkib.

Favoritlər siyahısında ikinci pillədə Argentina millisinin qapıçısı Emiliano Martines qərarlaşıb. İlk üçlüyü isə İspaniya yığmasının qolkiperi Unay Simon tamamlayır.

Bukmekerlərə görə DÇ-2026-nın ən yaxşı qapıçısı adına favoritlər:

Mayk Menyan (Fransa) – 4.00
Emiliano Martines (Argentina) – 4.50
Unay Simon (İspaniya) – 5.00
Alisson (Braziliya) – 7.00
Raul Rangel (Meksika) – 11.00
6-7. Cordan Pikford (İngiltərə) – 13.00
6-7. Dioqo Koşta (Portuqaliya) – 13.00
Tibo Kurtua (Belçika) – 17.00

Digər qapıçıların əmsalı isə 20.00 və daha yüksək qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button