
DÇ-2026: Ranqnik Yamala qarşı xüsusi plan hazırlayıb
Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik İspaniya yığmasının hücumçusu Lamin Yamal haqqında fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, almaniyalı mütəxəssis, mətbuat konfransında Yamalın yüksək keyfiyyətlərə malik futbolçu olduğunu vurğulayıb və ona qarşı xüsusi plan hazırladıqlarını bildirib:
“Yamal əla futbolçudur. Zədə almasa və düzgün düşüncə tərzini qoruyub saxlasa, uzun illər ən yaxşılar sırasında olacaq. Ona çox boşluq verməmək üçün əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, topu ondan uzaq tutaq”.
İspaniya – Avstriya qarşılaşması bu gün keçiriləcək. Oyunun start fiti saat 23:00-da səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



