Kumanla yollar ayrılır – Yerinə 2 namizəd var

Niderland millisində baş məşqçi dəyişikliyi baş verə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırkı çalışdırıcı Ronald Kumanla bu ayın sonunda başa çatacaq müqavilənin 2026-cı il dünya çempionatındakı uğursuz çıxışdan sonra yenilənməsi gözlənilmir.

Niderland Kral Futbol İttifaqı baş məşqçi postu üçün Erik ten Haq və Arne Slotun namizədliyini nəzərdən keçirir.

Ten Haq hazırda “Tvente”də texniki direktor vəzifəsində çalışır. O, daha əvvəl “Mançester Yunayted”in baş məşqçisi olub. Arne Slot isə 2024-cü ilin yayından ötən mövsümün sonuna qədər çalışdırdığı “Liverpul”dan ayrıldıqdan sonra işsizdir.

Niderland millisi 2026-cı il dünya çempionatında 1/16 final mərhələsində Mərakeş yığmasına penaltilər seriyasında (1:1, pen – 2:3) uduzaraq, mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button