“Neftçi” bu gün Sloveniyada ilk yoxlama matçına çıxacaq

Sloveniyada təlim-məşq toplanışını davam etdirən “Neftçi” bu gün ilk yoxlama matçını keçirəcək.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi Rumıniyanın “ÇFR Kluj” komandası ilə üz-üzə gələcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Yuri Vernidubun baş məşqçi olduğu komanda iyulun 6-da “Partizan” (Serbiya), 10-da “Radniçki Niş” (Serbiya), 13-də isə “Osiyek” (Xorvatiya) klubları ilə qüvvəsini sınayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button