Almaniyada AÇ-2024 ilə bağlı korrupsiya işi üzrə araşdırma aparılıb

Almaniyada AÇ-2024-ün təşkili ilə bağlı mümkün korrupsiya pozuntularına dair araşdırma davam edir.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları Almaniya Futbol İttifaqının qərargahında, eləcə də bir sıra digər qurumlarda axtarış aparıblar.

Prokurorluq və polis bildirib ki, istintaq müxtəlif şəxslərə, həmçinin, beynəlxalq futbol oyunlarına qatılmaları üçün qanunsuz üstünlüklərin verilməsi ehtimalını araşdırır.

İstintaqın versiyasına əsasən, turnirə ev sahibliyi edən şəhərlərdən birinin nümayəndəsi bu imkanı yarışın təşkilinə cavabdeh olan şirkətin təmsilçilərindən əldə edib. Bundan əlavə, ev sahibi şəhərlərə biletləri əvvəlcədən eksklüziv şəkildə almaq hüququnun verildiyi də iddia olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button