Jilinanın Azərbaycanı təmsil etməsinə icazə verildi

Azərbaycanın fiqurlu konkisürmə üzrə millisinə daha bir yeniyetmə idmançı cəlb olunub.

Bu barədə Komanda.az-a Azərbaycan Qış İdman Növləri Federasiyasından məlumat verilib.

Qurum Beynəlxalq Fiqurlu Konkisürmə Birliyinə (İSU) yeniyetmə fiqurlu konkisürən Veronika Jilina ilə bağlı ünvanladığı müraciət müsbət dəyərləndirilib və idmançının tək konkisürmə dissiplini üzrə Azərbaycanı təmsil etməsinə rəsmi icazə verilib.

Veronika Jilina 2026–2027 mövsümündən etibarən beynəlxalq yarışlarda buz üstünə çıxaraq Azərbaycan adına mübarizə aparacaq.

Hazırda tək konkisürmə dissiplini üzrə beynəlxalq yarışlarda ölkəmizi Səbinə Əliyeva, Leyli Axundova, Nərgiz Süleymanova və Arina Kaluqina təmsil edirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button